“Real”dan “Barselona” ilə bağlı UEFA gözləntisi - Çempionlar Liqasından kənarlaşdırıla bilər

2 Oktyabr 2026 21:14
49
“Real”dan “Barselona” ilə bağlı UEFA gözləntisi - Çempionlar Liqasından kənarlaşdırıla bilər

Madrid “Real”ı Negreyra işi ilə bağlı UEFA-nın “Barselona”nı cəzalandıracağına ümid edirr.

İdman.Biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, “Kral klubu” UEFA-da artıq bu iş üzrə qərar verilməsi bütün lazımi sənədlərin olduğuna əmindir.

Xatırladaq ki, “Real” oktyabrın 1-də “Barselona”nın Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqələrinə dair sənədləri UEFA-ya təqdim etdiyini açıqlayıb.

Məlumata görə, Madrid klubu Avropa qaydalarına əsasən tədbir görülməsi üçün kifayət qədər sübutun olduğunu düşünür. Həmin qaydalara əsasən, daxili və ya beynəlxalq səviyyədə danışılmış oyunlarda, yaxud matçın nəticəsinə təsir göstərməyə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirak edən klub sanksiyaya məruz qala bilər.

Bu halda “Barselona” Çempionlar Liqasından bir mövsümlük kənarlaşdırıla və pul cəriməsi ilə üzləşə bilər.

İdman.Biz