"İnter Mayami" Messisiz son saniyələrdə xilas oldu - VİDEO

Xəbərlər
1 Oktyabr 2023 09:45
143
"İnter Mayami" Messisiz son saniyələrdə xilas oldu - VİDEO

Bu gün, oktyabrın 1-də Mayamidə (ABŞ) “İnter Mayami” stadionunda MLS turniri çərçivəsində “İnter Mayami” və “Nyu York Siti” komandaları arasında 1:1 hesabı ilə heç-heçə başa çatan görüş keçirilib.

ABŞ - Böyük Futbol Liqası. ABŞ - MLS
01 oktyabr 2023-cü il, bazar günü. 03:30

İnter Mayami - Nyu York Siti - 1:1

0:1 Rodriges – 77' 1:1 Aviles – 90+5'

İdman.biz-in verdiyi məlumata görə, ilk olaraq nyu-yorklu futbolçular fərqlənib. 77-ci dəqiqədə qonaqların hücumameyilli yarımmüdafiəçisi Santyaqo Rodriges matçın ilk qolunu vurub. Lakin Mayami 90+5-ci dəqiqədə Tomas Avilesin qolu sayəsində hesabı 1:1 edib.

Florida komandası topa sahib olmaqda üstünlüyə sahib olub: 65% - 35%. Zərbələrin sayı baxımından komandalar demək olar ki, bərabər rəqəmlər göstəriblər: “Siti” - 11, “İnter” isə 10.

Beləliklə, Mayami komandası Şərq Konfransında 15 komanda arasında 14-cü yeri tutmaqda davam edir, Nyu-York klubu isə səkkizincidir və pley-offa yüksələ bilər.

İdman.biz