Azarkeşlərin davranışı “Atletik”ə problem yaradıb

Xəbərlər
28 Sentyabr 2023 20:37
145
Azarkeşlərin davranışı “Atletik”ə problem yaradıb

Bilbao “Atletik” La Liqa tərəfindən cəza almaq təhlükəsi ilə üzləşib.

İdman.biz saytı xəbər verir ki, “Xetafe” ilə görüşdə fanatların davranışı komandaya baha başa gələ bilər.

Meydan sahiblərinin azarkeşləri rəqibin hücumçusu Meyson Qrinvud haqda “Öl, Qrinvud!” şüarlarını səsləndirib. Yayda “Mançester Yunayted”dən icarə əsasında “Xetafe”yə keçən futbolçu İspniyada oyunlar zamanı təzyiqlərə məruz qalıb. Qrinvudla bağlı “Osasuna” ilə səfər matçında da baş verənlər Liqanın zorakılıqla mübarizə komitəsi tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Qrinvud İngiltərədə zorlama maddəsi ilə ittihamı ilə həbs olunsa da, sonradan bəraət alımışdı.

İdman.biz