“Tottenhem” “Liverpul”la oyundan əvvəl İqor Tudoru qovmayacaq - ESPN

12 Mart 2026 04:15
274
“Tottenhem” “Liverpul”la oyundan əvvəl İqor Tudoru qovmayacaq - ESPN

“Tottenhem Hotspur”un baş məşqçisi İqor Tudor İngiltərə Premyer Liqasının 30-cu turunda “Liverpul”la oyuna qədər vəzifəsində qalacaq.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, xorvatiyalı mütəxəssis mersisaydlılala oyundan əvvəl istefaya göndərilməyəcək. Lakin London klubunun rəhbərliyi komandanın Premyer Liqa turnir cədvəlindəki mövqeyindən narahatdır. “Tottenhem” düşmə zonasından cəmi bir xal yuxarıdadır.

Tudorun rəhbərliyi altında “Tottenhem” “Arsenal”a (1:4), “Atletiko Madrid”ə (2:5), “Kristal Palas”a (1:3) və “Fulhem”ə (1:2) uduzub.

İdman.Biz