Alfonso Devis 25 yaşında karyerasını bitirə bilər

12 Mart 2026 00:31
72
Alfonso Devis 25 yaşında karyerasını bitirə bilər

“Bavariya”nın müdafiəçisi Alfonso Devis 25 yaşında karyerasını bitirə bilər.

İdman.Biz-in “TopSkills Sports UK”a istinadən məlumatına görə, kanadalı dünən Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta”ya qarşı (6:1) keçirilən oyunda aldığı daha bir zədədən sonra karyerasını bitirməyi ciddi şəkildə düşünür. Müdafiəçinin bud əzələsi yırtılıb.

“Bavariya” Devisi bu qərarından çəkindirməyə çalışır. Əgər oyunçu karyerasını bitirmək qərarına gəlsə, Münhen klubu ona “Bavariya”ya olan sədaqətini nəzərə alaraq komandada xüsusi bir vəzifə təklif etməyə hazırdır.

Alfonso Devis bu mövsüm “Bavariya”nın heyətində bütün yarışlarda 13 oyuna çıxıb və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

İdman.Biz