İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə bağlı "Barselona" klubu rəsmi olaraq rüşvətxorluqda ittiham olunub.
İdman.biz xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
İddiaya görə, Neqreyranın özünə, oğluna və Kataloniya klubunun keçmiş prezidentləri Xosep Bartomeu ilə Sandro Roselə qarşı da ittiham irəli sürülüb. Qeyd olunur ki, yerli İstintaq Məhkəməsinin rəhbəri Xoakin Agirre Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidentinə “Barselona”dan 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.
Məhkəmə hesab edir ki, heç bir vəzifəli şəxs bilavasitə vəzifələrinin icrasına görə əlavə mükafat ala bilməz və ya almamalıdır. Əgər rüşvət sübuta yetirilərsə, “Barselona” Sequndaya düşəcək və avrokuboklardan diskvalifikasiya olunacaq.
İdman.biz