“Yuventus”da fövqəladə vəziyyət: Spallettinin doqquz futbolçusu sıradan çıxıb

13 Sentyabr 2026 15:38
92
“Yuventus”da fövqəladə vəziyyət: Spallettinin doqquz futbolçusu sıradan çıxıb

İtaliyanın “Yuventus” futbol komandası bu gün “Sassuolo” ilə A Seriyasının dördüncü turunun oyununa ciddi itkilərlə çıxacaq.

İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, baş məşqçi Luçano Spallettinin sərəncamında qarşılaşma üçün 22 futbolçu olacaq. Turin təmsilçisinin doqquz oyunçusu isə zədə və digər səbəblərə görə matçı buraxacaq.

Markus Tyuram, Manuel Lokatelli və Kenan Yıldız əməliyyat olunduqları üçün heyətdə yer almayıblar. Bundan əlavə, Andrea Kambyazo, Ueston Makkenni, Xuan Kabal, Cef Ekhator və Jeremi Boqa da oyunda iştirak edə bilməyəcəklər. Arkadiuş Milik isə A Seriyası üçün sifariş ərizəsinə daxil edilməyib.

Spalletti bu səbəbdən Ouusu, Panyukko və Oboavvuduo kimi gənc futbolçuları da əsas komandanın heyətinə çağırıb. Komanda üçün müsbət məqam Pape Matar Sarrın bərpa olunmasıdır. “Tottenhem”dən icarəyə götürülən yarımmüdafiəçi “Sassuolo” ilə görüşdə A Seriyasında debüt edə bilər.

Qeyd edək ki, “Sassuolo” - “Yuventus” qarşılaşması bu gün Mapei stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.Biz