Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriges karyerasında yeni mərhələyə qədəm qoyub.
İdman.Biz xəbər verir ki, Rodriges sosial şəbəkə hesabında noutbukla fotosunu paylaşaraq biznes fəaliyyətinə başladığını bildirib.

“Biznes anası. Bir vaxtlar yalnız beynimdə olan şey indi gerçəyə çevrilib. Qarşıda məni gözləyən hər şey üçün daha minnətdar, qürurlu və həyəcanlı ola bilməzdim”, - deyə o yazıb.
Bununla belə, Rodriges yeni biznes layihəsinin istiqaməti və detalları barədə hələlik məlumat verməyib.
Xatırladaq ki, Kriştianu Ronaldu və Corcina Rodriges 2026-cı ilin avqustunda evləniblər.
