Qattuzo “Marsel”in baş məşqçisi oldu

Xəbərlər
27 Sentyabr 2023 21:56
87
Qattuzo “Marsel”in baş məşqçisi oldu

Cennaro Qattuzo karyerasını Fransada davam etdirəcək.

İdman.biz saytı xəbər verir ki, italiyalı mütəxəssis "Marsel"in baş məşqçisi təyin olunacaq.

Qattuzo Fransa klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb. 45 yaşlı məşqçinin son iş yeri "Valensiya" olub. O, uğursuz nəticələrdən sonra bu ilin yanvarında komandadan uzaqlaşdırılıb. Cennaro əvvəllər "Napoli", "Milan" və "Palermo"da işləyib.

Qeyd edək ki, "Marsel" fanatların təzyiqindən sonra ispaniyalı mütəxəssis Marselinyo ilə yollarını ayırmışdı. Komanda Fransa çempionatında 6 oyundan sonra 9 xal toplayıb.

İdman.biz