“Şaxtyor”un 14-cü kuboku

Xəbərlər
15 May 2024 22:23
90
“Şaxtyor”un 14-cü kuboku

Donetsk “Şaxtyor”u Ukrayna kubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, donetsklilər finalda “Vorskla”nı 2:1 hesabı ilə məğlub ediblər.

“Şaxtaçılar” tarixində 14-cü dəfə ölkə kubokunu qazanıblar. “Şaxtyor” hesabında 13 qələbə olan Kiyev “Dinamo”sunu arxada qoyub.

Donetsk klubu müstəqil Ukrayna futbolunda titul sayında da “dinamoçular”ı qabaqlayıb. Həftəsonu ölkə çempionluğunu qazanan “Şaxtyor”un hesabında artıq 39 titul var. Kiyevlilər isə 38 mükafata yiyələniblər.

"Dinamo" 16 dəfə, "Şaxtyor" isə 15 dəfə Ukrayna çempionu olub. Hər iki komandanın hesabında 9 ölkə superkuboku var. Donetsklilər 1 dəfə də UEFA kubokunu qazanıblar.

İdman.biz