70 milyonluq ukraynalı

Xəbərlər
16 Aprel 2024 21:33
138
70 milyonluq ukraynalı

“Şaxtyor”un 21 yaşlı futbolçusu Georgi Sudakov Avropanın aparıcı komandalarının diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, gənc yarımmüdafiəçinin yayda transfer edilməsi gözlənilir.

Sudakovla İtaliyanın “Yuventus” və “İnter” klubları maraqlanır. Ötən mövsümdə “Napoli”nin ona 55 milyon avro ödəməyə hazır olması ilə bağlı xəbər yayılsa da, sonda təsdiq edilməmişdi. İngiltərədə isə “Tottenhem” 21 yaşlı orta xətt oyunçusunu heyətində görmək arzusundadır.

Qeyd edək ki, “Şaxtyor”un Sudakova görə, 70 milyon avro tələb etdiyi bildirilir. AVRO-2024-dən sonra yarımmüdafiəçinin transferinə yaşıl işıq yandırılacaq.

İdman.biz