İnzagi ilin sonunu gözləyir

Xəbərlər
15 Aprel 2024 22:52
136
İnzagi ilin sonunu gözləyir

“İnter”in baş məşqçisi Simone İnzagi gələcəyi ilə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, o, açıqlamasında ilin sonunu gözləməyi məsləhət bilib.

İnzagi danışıqlar zamanı ciddi problemlər olmayacağını qeyd edib: “Növbəti ildə qalacam? Nə hiss etdiyimi deyə bilərəm. “İnter” bu 3 ildə mənə çox şey verib, biz uzun yol qət etmişik. Birlikdə çoxlu titul qazanmışıq. İlin sonunda oturub danışacağıq, davam etmək üçün hər hansı problem olacağını düşünmürəm”.

Qeyd edək ki, İnzagi 2021-ci ildən “İnter”ə rəhbərlik edir. Onun Milan klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. A Seriyasına başçılıq edən “İnter” Simonenin rəhbərliyi ilə ilk çempionluğu qazanmağa yaxındır.

İdman.biz