“Spartak” Abaskalla vidalaşıb

Xəbərlər
14 Aprel 2024 17:41
103
“Spartak” Abaskalla vidalaşıb

Moskva “Spartak”ı baş məşqçi Gilyermo Abaskalla yollarını ayırıb.

İdman.biz xəbər barədə, klub rəsmi açıqlama yayıb.

“Spartak”ın açıqlamasında ispaniyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulanıb. Abaskal 2022-ci ildən “qırmızı-ağlar”a rəhbərlik edib. Onun rəhbərliyi ilə komanda 74 oyunda meydana çıxıb. Bu görüşlərin 36-da qələbə qazanan “Spartak”, 23 dəfə uduzub, 15 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, “qırmızı-ağlar” Rusiya Premyer Liqasında 23 turdan sonra 35 xal toplayıblar. Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan komanda lider “Zenit”dən 12 xal geri qalır.

İdman.biz