Luis Diasa yeni müqavilə

Xəbərlər
13 Aprel 2024 00:17
110
Luis Diasa yeni müqavilə

“Liverpul” Luis Diasa yeni müqavilə təklif edəcək.

İdman.biz xəbər ki, klub kolumbiyalı futbolçunun maaşını artırmağı planlaşdırır.

Diasın “qırmızılar”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Liverpul” bir çox Avropa klublarının diqqət mərkəzinə düşən Luisin məvacibini artırmaqla onu komandada saxlamaq istəyindədir.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsümdə 43 matçda meydana çıxıb. Dias 13 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz