“Real” və Fransa millisinin futbolçusu Kilian Mbappe milli komandada baş məşqçi Zinəddin Zidanla işləməsi barədə fikirlərini bölüşüb.
İdman.Biz AS-a istinadən xəbər verir ki, hüçumçu Zidanın Fransa millisinin baş məşqçisi kimi fəaliyyətə başlamasını yeni mərhələ adlandırıb.
“Bu, yeni məşqçi ilə yeni səhifədir. Qarşıda Millətlər Liqası, dörd matç var. Görək hər şey necə alınacaq. Bu, hamı üçün yenilik olacaq, çünki bundan əvvəl yalnız Deşamımız var idi. Bizim üçün bu, dəyişiklikdir, amma düşünürəm ki, hər şey əla olacaq.
Bəli, bu, çox illər əvvəl olub. O, məni ilk dəfə “Real”a, idman bazasına aparmaq üçün özü götürmüşdü. O vaxt mənim 13-14 yaşım var idi. Artıq nə qədər vaxt keçib. İndi isə o, milli komandada mənim baş məşqçimdir. Bu, kino kimidir, amma həqiqətən də çox əladır.
Hər şey gerçəkdir: biz Fransada yeni mərhələyə başlayırıq. Avropa çempionatına hazırlaşmaq üçün iki ilimiz var və hazırda məhz buna köklənmişik”, – deyə Mbappe bildirib.
