Mançester klubu direktora qapını göstərib

Xəbərlər
9 Aprel 2024 19:48
159
Mançester klubu direktora qapını göstərib

“Mançester Yunayted” komandanın direktoru Con Merto ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Merto “Mançester Yunayted”də təxminən 11 il müxtəlif vəzifələrdə çalışıb. Klubun səhmdarları Cim Retkliff və Coel Qleyzer təcrübəli mütəxəssislə əməkdaşlığa son qoymağa qərar veriblər. Rəhbərlik son illərdəki uğursuz nəticələr son qoymaq üçün belə addım atıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 6-cı pilədə qərarlaşıb. Komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq şansları mimimuma bərabərdir.

İdman.biz