“Nyukasl” və “Tottenhem” xal itirib

Xəbərlər
3 Aprel 2024 01:09
423
“Nyukasl” və “Tottenhem” xal itirib

İngiltərə Premyer Liqasında 31-ci turu 5 oyunla start götürüb.

İdman.biz xəbər verir ki, matçlar meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

Qonaq komandalar heç bir qarşılaşmada qələbə qazana bilməyib. Turun 3 oyunda 1:1 hesabı qeydə alınıb.

“Nyukasl” öz meydanında, “Tottenhem” isə səfərdə xal itirib. “Nottingem Forest” “Fulhem”i, “Bornmut” isə “Kristal Pelas”ı məğlub edib.

İngiltərə Premyer Liqası
31-ci tur

“Nyukasl” – “Everton” – 1:1
“Nottingem Forest” – “Fulhem” – 3:1
“Bornmut” – “Kristal Pelas” – 1:0
“Bernli” – “Vulverhempton” – 1:1
“Vest Hem” – “Tottenhem” – 1:1

İdman.biz