Xabi Alonso “Çelsi”dəki mülkiyyətçinin dəyişməsini şərh edib

17 Sentyabr 2026 18:30
107
Xabi Alonso “Çelsi”dəki mülkiyyətçinin dəyişməsini şərh edib

“Çelsi”nin baş məşqçisi Xabi Alonso Todd Boehlinin “Clearlake Capital”dakı payını satmaq qərarından sonra klubun mülkiyyət strukturunda baş verən dəyişikliyi müsbət qiymətləndirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bunu klub üçün vacib gün adlandırıb və keçmiş rəhbərlərə gördükləri işə görə təşəkkür edib.

“Keçmiş rəhbərlərə etdiklərinə görə təşəkkür etməliyəm. Mən burada deyildim, amma bilirəm ki, onlar mühüm rol oynayıblar”, - Alonso bildirib.

“Çelsi”nin baş məşqçisi Behdad Eqbalinin klub üzərində demək olar ki, tam nəzarəti ələ keçirməsini də müsbət qarşılayıb:

“Bilirəm ki, Behdad tam nəzarəti ələ keçirir. Düşünürəm ki, əsas şəxsin bəlli olması yaxşıdır. Behdad ilə çox yaxşı münasibətim var”.

İdman.Biz