İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Kərim Adeyeminin son oyunlarda göstərdiyi yüksək sürət onu diqqət mərkəzinə gətirib.
İdman.Biz xəbər verir ki, almaniyalı futbolçu ilk dəfə sürəti ilə bağlı 2023-cü ilin fevralında “Borussiya Dortmund”un heyətində Çempionlar Liqasında “Çelsi”yə möhtəşəm qol vurduqdan sonra gəlib.
Adeyemi sürətinin mənbəyi barədə “CBS Sports”a müsahibəsində sürətini atasından gələn genetik xüsusiyyətlərlə yanaşı, ailəsinin Nigeriya köklərindən tanıdığı ənənəvi “fufu” yeməyi ilə də əlaqələndirib.
“Fufu” Afrikada geniş yayılan ənənəvi yeməklərdən biridir. Nigeriyada “akpu” adı ilə də tanınan bu yemək fermentləşdirilmiş və qaynadılmış maniokdan hazırlanan yumşaq, qatı və elastik kütlədir. Maniok kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır.
Adeyemi vaxtilə Bundesliqada ən yüksək sürət göstəricilərinə malik futbolçulardan biri olub. Onun rəsmi matçlarda maksimal sürəti 36,6-36,7 km/saat arasında qeydə alınıb. Bəzi sprint ölçmələrində isə bundan da yüksək göstəricilər əldə etdiyi bildirilir.
