“Qalatasaray” fərqi 5-ə yüksəldib

Xəbərlər
3 Aprel 2024 00:18
415
“Qalatasaray” fərqi 5-ə yüksəldib

Türkiyə Superliqasında 31-ci tura start verilib.

İdman.biz xəbər verir ki, lider öz meydanında çətin qələbə qazanıb.

“Qalatasaray” “Hatayspor”u 1:0 hesabı ilə məğlub edib. Yeganə qolun müəllifi İkardi olub. Bu qələbədən sonra xalını 84-ə yüksəldən “Qalatasaray” “Fənərbaxça”nı 5 xal qabaqlayır.

“Rizəpor” səfərdə “İstanbulspor”un qapısından 4, “Alanyaspor” isə “Qaziantep”in qapısından 3 cavabsız qol keçirib.

Türkiyə Superliqası
31-ci tur

“İstanbulspor” – “Rizəspor” – 0:4
“Antalyaspor” – “Ankaragücü” – 1:1
“Qaziantep” – “Alanyaspor” – 0:3
“Qalatasaray” – “Hatayspor” – 1:0

İdman.biz