Dani Alves 1 milyon təzminat qarşılığında azadlıqda

Xəbərlər
20 Mart 2024 16:42
178
Dani Alves 1 milyon təzminat qarşılığında azadlıqda

“Barselona”nın keçmiş futbolçusu Dani Alves 1 milyon təzminat qarşılığında həbsxanadan çıxıb.

İdman.biz xəbər verir ki, bu barədə Barselona şəhər məhkəməsi qərar verib.

Zorlamada gühahlandırılan Alves 4 il cəza alıb. Bundan apellyasiya şikayəti verən Dani növbəti məhkəmə qərarınadək azadlıqda olacaq. Onun həbsxanadan qaçması və özünəqəsd etməsi ilə bağlı xəbər yayılsa da, braziliyalı futbolçu bunları təkzib edib.

Qeyd edək ki, Dani Alvesin son klubu “Pumas” (Meksika) olub. O, “Barselona”nın heyətində İspaniya çempionu və Çempionlar Liqası titulları qazanıb.

İdman.biz