Bellingem Madrid derbisi zamanı Simeoneni təhqir edib

21 Sentyabr 2026 22:34
44
Bellingem Madrid derbisi zamanı Simeoneni təhqir edib

Madrid “Real”ının futbolçusu Cud Bellingem La Liqanın yeddinci turu çərçivəsində komandalar arasında keçirilən matç zamanı “Atletiko”nun hücumçusu Culiano Simeoneyə təhqiramiz şəkildə müraciət edib.

İdman.Biz "The Sun"a istinadən xəbər verir ki, epizod ikinci hissədə, futbolçuların top uğrunda sərt mübarizə apardığı zaman baş verib. Yerə yıxıldıqdan sonra Bellingem Simeone ilə haqq-hesab çəkmək üçün ayağa qalxıb.

“Atletiko”nun yarımmüdafiəçisi Koke Bellingemi kənara çəkərək vəziyyəti sakitləşdirməyə çalışıb. Lakin televiziya kameralarının görüntülərinə Bellingemin “Rədd ol, lənətə gəlmiş axmaq” deyə qışqırdığı an düşüb.

Görüşdə “Atletiko” futbolçuları 2:1 hesabı ilə qalib gəliblər. Yeddi turdan sonra “Atletiko” 16 xal toplayıb və La Liqanın turnir cədvəlində ikinci yeri tutur. “Real” 15 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz