Zədə dünya çempionunu yığmadan kənarda qoyub

Xəbərlər
19 Mart 2024 00:53
159
Zədə dünya çempionunu yığmadan kənarda qoyub

Lionel Messi Argentina yığmasının mart oyunlarında iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, dünya çempionu zədə üzündən millinin heyətinə cəlb olunmayıb.

“İnter Mayami”də çıxış edən Lionel ABŞ Liqasının son turunda meydanı vaxtından əvvəl tərk edib. Messinin sağ ayağı əzələsində ağrılar olduğu bildirilib. Ulduz futbolçu Slavador (22 mart) və Kosta-Rika (26 mart) ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Messi “İnter Mayami”nin heyətində 2024 mövsümündə 5 oyunda 5 qol vurub, 2 ötürmə verib.

İdman.biz