“Beşiktaş”dan ardıcıl 3-cü məğlubiyyət

Xəbərlər
17 Mart 2024 00:21
164
“Beşiktaş”dan ardıcıl 3-cü məğlubiyyət

Türkiyə Superliqasında 30-cu turun 4 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "Beşiktaş" öz meydanında "Antalyaspor"a uduzub.

"Qara qaratallar" ardıcıl 3-cü oyunda məğlub olublar. Onlar son saniyələrdə xal qazanmaq imkanı qazanıblar. Amma Raşisa 90+11-ci dəqiqədə penalti zərbəsinin dəqiq yerinə yetirməyib. Hesabında 46 xal olan "Beşiktaş" 4-ci pillədə yer alıb. Antalya klubu 41 xalla 7-cidir.

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev turu qələbə ilə başa vurub. Onun çıxış etdiyi "Adana Dəmirspor" "Sivasspor"u 4:1 hesabı ilə məğlub edib.

Türkiyə Superliqası
30-cu tur

"Alanyaspor" – "Kayserispor" – 0:0
"Ankaragücü" – "Başakşəhər" – 2:1
"Adana Dəmirspor" – "Sivasspor" – 4:1
"Beşiktaş" – "Antalyaspor" – 1:2

İdman.biz