62 futbolçu diskvalifikasiya olunub

Xəbərlər
11 Mart 2024 20:56
327
62 futbolçu diskvalifikasiya olunub

Kamerun Futbol Federeasiyası (FECAFOOT) 62 futbolçunu diskvalifikasiya edib.

İdman.biz xəbər verir ki, buna səbəb oyunçuların şəxsi məlumatlarının saxtalaşdırılması olub.

Siyahıda ötən il Afrika Millətlər kubokunda ölkə yığmasının heyətində çıxış edən 17 yaşlı Vilfred Duala da var. Yayılan məlumatlarda bəzi futbolçuların hətta yaşını 10 il saxtalaşdırdığı məlum olub.

Qeyd edək ki, Kamerun Futbol Federasiyası bəzi oyunçuları ömürlük futboldan uzaqlaşdırıb.

İdman.biz