“Çelsi”nin müdafiəçisi İspaniyanı arzulayır

Xəbərlər
3 Mart 2024 16:37
236
“Çelsi”nin müdafiəçisi İspaniyanı arzulayır

Müdafiəçi Mark Kukurelya yayda “Çelsi”ni tərk etmək arzusundadır.

İdman.biz xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirə bilər.

Premyer Liqada sabit oynamayan Kukurelya menecerinə ona yeni klub axtarmaq tapşırığı verib. Primeranın “Atletiko”, “Valensiya”, “Betis” kimi komandalar Markı heyətinə dəvət etmək istəyindədir. “Çelsi” ilkin mərhələdə futbolçunu icarəyə verib, sonra transferini təsdiqləyəcək.

Qeyd edək ki, Kukurelyanın transfer qiyməti 25 milyon avro dəyərləndirilir.

İdman.biz

Məqalədə: