Zinədin Zidan yayda “Mançester Yuanyted”in baş məşqçisi təyin oluna bilər.
İdman.biz xəbər verir ki, klubun yeni sahibi Cim Retkliff fransalı mütəxəssisi komandaya dəvət etməyi planlaşdırır.
“Qırmızı şeytanlar” Erik Ten Haaqın rəhbərliyi ilə uğursuz çıxış edir. Çempionlar Liqasına vəsiqə verən yerdən uzaq düşən komanda yayda hollandiyalı mütəxəssislə əməkdaşlığa son qoymaq niyyətindədir. Mankuianliların rəhbəri Retkliff Zidanın baş məşqçi təyin olunmasında maraqlıdır.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-c illərdə “Real”a rəhbərlik edib. O, Madrid klubu ilə 11 titul qazanıb.
İdman.biz
