“Real Madrid” futbol klubu ingiltərəli ulduz Cud Bellinqemlə yeni müqavilənin uzadılması istiqamətində ilkin işlərə başlayıb.
İdman.Biz jurnalist Ramon Alvaresə istinadən xəbər verir ki, İspaniya nəhənginin yarımmüdafiəçini 2032-ci ilin iyununa qədər klubda saxlayacaq uzunmüddətli razılaşmanı nəzərdən keçirdiyi bildirilir.
Bellinqem “Santyaqo Bernabeu”ya gəldiyi gündən etibarən komandanın əsas oyunçularından birinə çevrilib və dünya futbolunun ən nüfuzlu futbolçularından biri kimi göstərilir.
View this post on Instagram
