“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandadakı gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssis Çempionlar Liqasında “Roma” ilə oyun ərəfəsində keçirilən mətbuat konfransında növbəti iki qarşılaşmanın onun üçün sonuncu ola biləcəyi barədə iddiaları rədd edib.
“Xeyr. Mən qətiyyən belə düşünmürəm”, - deyə Karrik vurğulayıb.
Baş məşqçi uğursuz nəticələrin onun düşüncə tərzinə təsir etmədiyini vurğulayıb.
Karrik komandanın daxilindəki vəziyyətə də toxunaraq futbolçuların münasibətindən razı olduğunu bildirib:
“Oyunçuların kluba və bir-birlərinə bağlılığına qətiyyən şübhə etmirəm”.
Mütəxəssis Lisandro Martineslə bağlı sualı cavablandırarkən də futbolçuların komandaya münasibətini şübhə altına almaq üçün əsas görmədiyini qeyd edib. Onun sözlərinə görə, səhvlər futbolun bir hissəsidir və oyunçuların yanaşması narahatlıq doğurmur.
