“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşir - razılıq əldə olundu

2 Noyabr 2026 20:59
105
“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşir - razılıq əldə olundu

Türkiyənin "Fənərbağça" klubu "Milan"ın sabiq baş məşqçisi Serjiu Konseysau ilə anlaşmağa yaxındır.

İdman.Biz "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə razılığa gəlib. Konseysaunun yaxın vaxtlarda müqavilənin rəsmiləşdirilməsi üçün İstanbula gələcəyi gözlənilir.

Portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrıldıqdan sonra işsizdir.

Daha əvvəl Konseysaunun "Yuventus"da Luçano Spallettini əvəzləməyə namizədlərdən biri olduğu bildirilirdi.

İdman.Biz