Deku Rafinya və Pedrini müdafiə etdi: “Dünya miqyasında skandaldır”

10 Sentyabr 2026 20:41
81
Deku Rafinya və Pedrini müdafiə etdi: “Dünya miqyasında skandaldır”

“Barselona”nın idman direktoru Deku “France Football” redaksiyasının klubun futbolçuları Rafinya və Pedrini 2026-cı il üçün “Qızıl top” nominantlarının top-30-luğuna daxil etməmək qərarına reaksiya verib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Deku iki futbolçunun “Qızıl top”un 30 namizədi sırasına daxil edilməməsini ədalətsizlik sayıb.

“Mənim fikrimcə, Pedri və Rafinyanın siyahıda olmaması dünya miqyasında skandaldır, haqsızlıq baş verir. Pedrinin istedadı ilə bu siyahıda olmaması mənə dərkedilməz görünür”, – deyə Deku bildirib.

Ötən mövsümün yekunlarına görə, Rafinya və Pedri “Barselona”nın heyətində La Liqanın qalibi olublar. Pedri İspaniya millisinin heyətində dünya çempionatının qızıl medalını qazanıb.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-na planlaşdırılıb.

İdman.Biz