Xorvatiya Kubokunda “Bedem”in kapitanı Drago Lovriç görünüşü ilə sosial şəbəkələrdə böyük marağa səbəb olub
İdman.Biz xəbər verir ki, Xorvatiya Kubokunun 1/16 final mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşmada “Bedem”in kapitanı olan 30 yaşlı müdafiəçi Drago Lovriç görünüşü ilə sosial şəbəkələrdə əsl fenomenə çevrilib.
Qorxunc görkəmi ilə diqqət çəkən “balkanlı nəhəng” həmin matçda komandasının rəqibinə 0:4 hesabı ilə uduzmasının qarşısını ala bilməyib. Buna baxmayaraq, Lovriç dərhal Xorvatiya mətbuatının və internet istifadəçilərinin əsas müzakirə mövzusuna çevrilib.
Onun gündəlik həyatda avtomobil alqı-satqısı ilə məşğul olduğu məlum olub.
