“Santos”un futbolçusu Neymar Cənubi Amerika Kubokunun 1/4 final mərhələsinin “Atletiko Mineyro” ilə görüşü zamanı (2:0) rəqib azarkeşlərlə mübahisə edib.
İdman.Biz xəbər verir ki, bud nahiyəsindən aldığı zədə səbəbindən matçda iştirak etməyən futbolçu qarşılaşmanı tribunadan izləyib.
Matç zamanı Neymar “Atletiko Mineyro” azarkeşlərinə müraciət edərək “Mən dizsiz də sizin bütün komandanızdan yaxşı oynayıram” sözlərini deyib. Daha sonra hücumçu əlavə edib: “Mən zəif komandalarla oynamıram”.
Daha əvvəl 34 yaşlı futbolçunun sağ bud əzələsindən zədə aldığı bildirilib. Onun “Santos”la müqaviləsi 2026-cı ilin sonuna kimidir.
“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur (16 milyon manat).
