Kerem “Qalatasaray”ı lider edib - VİDEO

Xəbərlər
26 Fevral 2024 23:09
Kerem “Qalatasaray”ı lider edib - VİDEO

Türkiyə Superliqasında 27-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son matçında “Qalatasaray” qələbə qazanıb.

Son çempion öz meydanında “Antalyaspor”dan güclü olub. Okan Burukun yetirmələri 2:1 hesabı ilə qalib gəliblər. Komanadanın hər iki qolunu Kerem Aktürkoğlu vurub.

Bu qələbədən sonra “Qalatasaray” yenidən lider mövqeyini ələ keçirib. Hesabında 72 xal olan “sarı qırmızılar” “Fənərbaxça”nı 2 xal qabaqlayırlar.

Türkiyə Superliqası
27-ci tur

“Qalatasaray” – “Antalyaspor” – 2:1

İdman.biz