“Fənərbaxça” liderliyini itirib - VİDEO

Xəbərlər
11 Fevral 2024 23:07
222
“Fənərbaxça” liderliyini itirib - VİDEO

Türkiyə Superliqasında lider dəyişib.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" 1-ci pilləni "Qalatasaray"a təhvil verib.

İsmail Kartalın yetirmələri öz meydanında xal itirib. "Fənərbaxça" "Alanyaspor"un müqavimətini qıra bilməyib, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. 25 oyundan sonra "Qalatasaray" 66 xalla lider olub. "Fənər" əsas rəqibindən 2 xal geri qalır.

Türkiyə Superliqası
25-ci tur

Sivasspor – Rizəspor – 1:0
İstanbulspor – Qaziantep – 1:3
Konyaspor – Ankaragücü – 1:0
Fənərbaxça – Alanyaspor – 2:2

İdman.biz