Romero “Qızıl top”un kimə verilməli olduğunu açıqladı

22 Sentyabr 2026 21:42
20
Romero “Qızıl top”un kimə verilməli olduğunu açıqladı

Argentina millisinin və “Atletiko”nun futbolçusu Kristian Romero “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, futbolçu Lionel Messinin karyerasını başa vurana qədər bu mükafata layiq görülməli olduğunu bildirib.

“Qızıl top” – bu, aydındır ki, Messi üçündür. Onun kimi biri yoxdur. O, oynamağı dayandırmağa qərar verəndə, onda baxarıq ki, onu kimə verək. Bəlkə də ən yaxşı marketinqə sahib olan futbolçuya, çünki indiki məqamda məsələ sırf bundadır”, – deyə Romero açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Lionel Messi 8 dəfə “Qızıl top” mükafatının qalibi olub.

2026-cı il üçün mükafatlandırma mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.

İdman.Biz