“İnstaqram”da ən çox gəlir əldə edən futbolçuların SİYAHISI

Xəbərlər
8 Fevral 2024 13:57
885
“İnstaqram”da ən çox gəlir əldə edən futbolçuların SİYAHISI

“İnstaqram”dan ən çox gəlir əldə edən futbolçular müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu siyahını “Football’s Finest” açıqlayıb.

Cədvələ Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı ulduz hər paylaşımdan təxminən 1,54 milyon funt sterlinq gəlir götürür.

İkinci olan Lionel Messinin də qazancı 1 milyonu keçir. İlk “üçlüy”ü qapayan Kilian Mbappe təxminən 4,5 dəfə geri qalır.

1. Kriştiano Ronaldo – 1,54 milyon

2. Lionel Messi – 1,24 milyon

3. Kilian Mbappe – 277,2 min

4. Bukayo Saka – 233,4 min

5. Məhəmməd Salah – 158,2 min

6. Vinisius Junior – 109,1 min

7. Antuan Qrizmann – 103,6 min

8. Erlinq Haland – 94,1 min

9. Robert Levandovski – 88,7 min

10. Luka Modriç – 84,5 min

İdman.biz