“Braqa” “Qarabağ”la oyunlar üçün 36 futbolçu sifariş edib

Xəbərlər
7 Fevral 2024 10:00
“Braqa” “Qarabağ”la oyunlar üçün 36 futbolçu sifariş edib

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Braqa” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Artur Jorjenin sərəncamında 36 futbolçu olacaq. Bunlardan 25-i A vərəqinə daxil edilib. Digər 11 oyunçu isə B vərəqində yer alıb.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes*, 91. Lukas Horniçek*;

Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Serdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba*, 58. Migel Vilela, 62. Nuno Matoş*, 76. Tomaş Markes*;

Yarımmüdafiəçilər: 8. Al Musrati, 10. Şer Ndur, 16. Rodriqo Zalazar, 18. Vitor Karvalyo, 22. Pizzi, 28. Joao Moutinyo, 50. Dieqo Rodriges*, 66. Vasko Moreyra, 80. Joao Qonçalves*, 90. Cibril Sumare*;

Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 11. Roje Fernandes*, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said*, 97. Joze Rodriges*, 99. Kauan Kelvin.

* - B vərəqində göstərilən futbolçular.

İdman.biz

Məqalədə: