Portuqaliya futbol millisinin baş məşqçisi Jorje Jezuş UEFA Millətlər Liqasının ikinci turunda Norveçlə oyunda Kriştianu Ronaldunu meydana buraxmamasının səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu Oslodakı “Ullevaal” stadionunda keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
“Ronalduya şans vermək üçün uyğun məqam yaranmadı. Bu, taktiki qərar idi. Mənə fərqli keyfiyyətlərə malik futbolçu lazım idi. Amma Danimarka ilə matçda oynaya bilər”, - deyə Jezuş bildirib.
