“Mançester Siti” “Trua” ilə razılıq əldə edib

Xəbərlər
6 Fevral 2024 00:43
188
“Mançester Siti” “Trua” ilə razılıq əldə edib

“Mançester Siti” Savionun transferi üçün “Jirona” ilə ortaq məxrəcə gəlib.

İdman.biz xəbər verir ki, braziliyalı futbolçu yayda ingilis klubuna qoşulacaq.

19 yaşlı hücumçu qitənin bir çox klublarıının maraq dairəsinə düşmüşdü. Yekunda Savio "Mançester Siti"də oynamaq qərarını verib.

“Trua” Savionu 2022-ci ilin yayında “Atletiko Mineyro”dan 6,5 milyon avroya transfer edib. Bu mövsümün startında braziliyalı forvard icarə əsasında “Jirona”ya keçib. Onun qiyməti 30 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, “Mançester Siti”, “Jirona”, “Trua” “City Football Group” holdinqinə daxildir.

İdman.biz