“Mançester Yunayted” futbol klubu İngiltərə çempionatında antirekorda imza atıb.
İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi Premyer Liqanın ilk 10 turunda cəmi bir qələbə qazanmaqla 73 il əvvəl qeydə alınan mənfi göstəricini təkrarlayıb.
Belə ki, sonuncu dəfə 1953/54 mövsümündə əvvəlki çempionatı ilk üçlükdə başa vuran komandalardan biri - “Arsenal” növbəti mövsümün ilk 10 turunda cəmi bir qələbə əldə edib.
Qeyd edək ki, “Mançester Yunayted” 10 turdan sonra turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb və ən azı qarşıdakı iki həftəni düşmə zonasındakı mövqeyində keçirəcək. Komanda “Aston Villa” ilə son tur matçında 4:4 hesablı heç-heçə edib.
