San-Marino liqasından birinci pilləyə - Azərbaycandan yoxdur

Xəbərlər
2 Fevral 2024 10:32
123
San-Marino liqasından birinci pilləyə - Azərbaycandan yoxdur

2024-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS-in tərtib etdiyi cədvəldə bu il ən azı 5 qol vuranlar yer alıb.

Yanvarda 21 futbolçu çempionatda belə məhsuldarlıq göstərib. Samuel Pankotti ilin bombardiridir. “Folqor”un hücumçusu San-Marino liqasında 7 qola imza atıb.

“Yuventus”un serb forvardı Duşan Vlahoviç 6 qolla ikinci sırada yer alıb. Eyni sayda qol vuran “Fənərbaxça”lı Çengiz Ündər “üçlüy”ü qapayır.

Qeyd edək ki. Azərbaycan Premyer Liqasının yanvarda keçirilən iki turunda yüksək məhsuldarlıq göstərən futbolçu olmayıb.

İdman.biz

Məqalədə: