Fransalı ulduz Zinəddin Zidan yenidən məşqçiliyə qayıda bilər.
İdman.biz xəbər verir ki, "Liverpul" təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.
İngilislər komandanın “sükanını” “Real”ın sabiq çalışdırıcısına əmanət etmək arzusundadırlar. Hətta Premyer Liqada baş məşqçi işləməyə hazır olub-olmadığını öyrənmək üçün onunla danışıqlara da başlanıldığı bildirilir.
Qeyd edək ki, ötən həftə “Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
İdman.biz
