“Real Madrid” UEFA Çempionlar Liqasında hesabda geri düşdüyü qarşılaşmalarda ən çox qələbə qazanan komanda kimi rekordunu möhkəmləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Squawka” statistik portalı məlumat yayıb.
Oktyabrın 14-də “Roma”nı 4:3 hesabı ilə məğlub edən Madrid təmsilçisi 83-cü dəqiqədən sonra üç qol vuraraq geridönüş edib. Bu, “kral klubu”nun 1992-ci ildən bəri Çempionlar Liqasında hesabda geri düşdüyü matçlarda qazandığı 38-ci qələbə olub.
Bu göstəricidə ikinci yeri “Barselona” (34), üçüncü pilləni isə “Mançester Siti” (27) tutur.
İlk beşliyi “Mançester Yunayted” (25) və “Bavariya” (24) tamamlayır.
