Mourinyo Vinisiusla bağlı sərt qərar verib: Çempionlar Liqasında da oynamaya bilər

15 Oktyabr 2026 21:13
98
Mourinyo Vinisiusla bağlı sərt qərar verib: Çempionlar Liqasında da oynamaya bilər

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Vinisius Juniorla bağlı xüsusi plan hazırlayır. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun əvvəlki formasını bərpa etməsini və davranışını dəyişməsini istəyir.

İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, Mourinyo Vinisiusun son dövrlərdəki zəif çıxışından və meydandakı davranışından getdikcə daha çox narazı qalır.

Məlumata görə, baş məşqçi futbolçunun La Liqada aldığı dörd oyunluq diskvalifikasiyadan istifadə edərək hər iki problemi aradan qaldırmağı planlaşdırır.

Mourinyo Vinisiusun oyununda və davranışında nəzərəçarpacaq irəliləyiş görməyənədək onu hətta Çempionlar Liqasının qarşılaşmalarında da meydana buraxmaq niyyətində deyil.

Qeyd edək ki, braziliyalı vinger cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə verib.

İdman.Biz