İtaliyanın “Venesiya” klubunun yeni baş məşqçisi müəyyənləşib. Komandaya 53 yaşlı Davide Nikola rəhbərlik edəcək.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə imzalanıb.
Nikola ötən gün istefaya göndərilən Covanni Stroppanı əvəzləyib.
Yeni baş məşqçi İtaliya futbolunda çətin vəziyyətə düşən komandaları A Seriyasında saxlamaq bacarığı ilə tanınır. O, müxtəlif illərdə “Krotone”, “Cenoa”, “Torino”, “Salernitana”, “Empoli” və “Kalyari”ni çalışdırıb.
Nikolanın son iş yeri “Kremoneze” olub. Mütəxəssis 2026-cı ilin martında həmin klubdan ayrılıb.
Qeyd edək ki, “Venesiya” cari mövsümdə keçirdiyi altı oyunun hamısında məğlub olub. Komanda xal toplamadan A Seriyasının turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb.
