Fuente: “İspaniya futbolunun üstünlüyü Çempionlar Liqasında sübut olundu”

15 Oktyabr 2026 21:41
96
Fuente: “İspaniya futbolunun üstünlüyü Çempionlar Liqasında sübut olundu”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente La Liqanın dünyanın ən güclü futbol çempionatı olduğunu düşünür. Mütəxəssis bu fikrini ölkə klublarının Çempionlar Liqasındakı nəticələri ilə əsaslandırıb.

İdman.Biz “Estadio Deportivo” nəşrinə istinadən xəbər verir ki, Fuente Çempionlar Liqasının son turunda İspaniyanı təmsil edən beş klubun hamısının qələbə qazanmasına diqqət çəkib.

“Bu turda bütün oyunlarını qazanan yeganə ölkə İspaniyadır. Ölkə xaricində mübarizə aparanda klublarımızın və futbolçularımızın potensialını nümayiş etdiririk”, - deyə mütəxəssis vurğulayıb.

Fuente bu fikirləri UCAM universitetinin fəxri doktoru adına layiq görüldüyü mərasimdən sonra səsləndirib. Baş məşqçi bu mükafatın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

İspaniyalı mütəxəssis, həmçinin “Qızıl top” mükafatına namizəd göstərilməsinə münasibət bildirib. O, bunu məşqçilər korpusunun və futbolçularının əməyinə verilən qiymət kimi dəyərləndirib.

İdman.Biz