“Mançester Yunayted”də qalmaqal böyüyür: Martinesin əvəzedicisi müəyyənləşdi

15 Oktyabr 2026 19:01
81
“Mançester Yunayted”də qalmaqal böyüyür: Martinesin əvəzedicisi müəyyənləşdi

“Mançester Yunayted” rəhbərliyi müdafiəçi Lisandro Martineslə yollarını ayırmaq variantını nəzərdən keçirir.

İdman.Biz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu klubun transfer siyasətini sərt tənqid etdikdən sonra ilk dəfə komandanın məşq bazasına qayıdıb.

Martines UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra “Mançester Yunayted”in turnirin səviyyəsinə uyğun komanda olmadığını söyləyib.

Məlumata görə, 28 yaşlı müdafiəçi bu gün klub rəhbərliyi qarşısında mövqeyinə aydınlıq gətirməlidir. Komandanın bəzi futbolçularının onun fikirlərini bölüşdüyü vurğulanır.

“Qırmızı şeytanlar” Martinesin zədə tarixçəsini də nəzərə alaraq, münasib təklif gələcəyi təqdirdə onu satmaq ehtimalını istisna etmirlər.

Mançester təmsilçisi argentinalı futbolçunun mümkün əvəzedicisi kimi “Everton”un müdafiəçisi Cerrad Brantueyti nəzərdən keçirir.

İdman.Biz