“Mançester Yunayted”də Karrikin kreslosu laxlayır: Konte hərəkətə keçdi

15 Oktyabr 2026 19:26
110
“Mançester Yunayted”də Karrikin kreslosu laxlayır: Konte hərəkətə keçdi

Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində Maykl Karriki əvəzləməyə hazırdır.

İdman.Biz xarici insayderlərə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin nümayəndələri Karrikin istefaya göndəriləcəyi təqdirdə onun Mançester klubunu çalışdırmaq istədiyini rəhbərliyə çatdırıblar.

“Qırmızı şeytanlar”ın cari mövsümdəki uğursuz nəticələri Karrik üzərində təzyiqi artırıb. Komanda Premyer Liqanın ilk altı turunda cəmi altı xal toplayıb, İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb və UEFA Çempionlar Liqasında “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub.

Klub daxilindəki vəziyyət də ürəkaçan deyil. Futbolçular arasında narazılığın olduğu bildirilir. Bu səbəbdən rəhbərliyin baş məşqçi dəyişikliyini nəzərdən keçirə biləcəyi istisna edilmir.

“Mançester Yunayted”in maraqlandığı mütəxəssislər arasında “Brayton”un baş məşqçisi Fabian Hürtseler və Yulian Nagelsmann da var.

2024/2025 mövsümündə “Napoli”ni İtaliya çempionluğuna daşıyan Konte növbəti mövsümdə komandanın “İnter”dən sonra ikinci yeri tutmasının ardından vəzifəsindən ayrılıb.

Daha əvvəl “Çelsi” və “Tottenhem”i çalışdırmış italiyalı mütəxəssis bu yaxınlarda zəngin tarixə malik kluba rəhbərlik edərək onu yenidən zirvəyə qaytarmaq istədiyini açıqlayıb.

İdman.Biz