Vitinya Ronaldunun Portuqaliya millisinə qayıtması ilə bağlı sükutu pozdu

15 Oktyabr 2026 18:46
109
Vitinya Ronaldunun Portuqaliya millisinə qayıtması ilə bağlı sükutu pozdu

Portuqaliya millisinin və PSJ-nin futbolçusu Vitinya Kriştianu Ronaldunun milli komandaya qayıtmasını arzuladığını açıqlayıb.

İdman.Biz “A Bola” nəşrinə istinadən xəbər verir ki, futbolçu yığmanın düşərgəsində baş verən hadisələrin komanda üçün emosional baxımdan çətin olduğunu etiraf edib.

“Bəli, milli komandaların oyunları ilə əlaqədar fasilə kifayət qədər gərgin və emosiyalarla zəngin keçdi. Mən yalnız ümid edirəm ki, hər şey ən yaxşı şəkildə həll olunacaq, o, geri qayıdacaq və vəziyyət düzələcək. Açığı, düşünürəm ki, hamımız bunu istəyirik. Ümid edirəm, belə də olacaq - o, qayıdacaq və hər şey qaydasına düşəcək”, - deyə Vitinya vurğulayıb.

Xatırladaq ki, Ronaldu sentyabrın 30-da UEFA Millətlər Liqasında Danimarka ilə oyun ərəfəsində baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra Portuqaliya millisinin Kopenhagendəki düşərgəsini özbaşına tərk edib.

Norveçlə görüşdə meydana çıxmayan 41 yaşlı hücumçu baş məşqçini oyun vaxtı ilə bağlı şifahi razılaşmaları pozmaqda ittiham edib.

Daha sonra Ronaldu millidən ayrıldığı üçün üzr istəyib və istənilən cəzanı qəbul etməyə hazır olduğunu açıqlayıb. Bununla yanaşı, o, yığmada çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

İdman.Biz